Konqres: Tramp İranla bağlı təkbaşına qərar verə bilməz

Konqres: Tramp İranla bağlı təkbaşına qərar verə bilməz

ABŞ Konqresinin Nümayəndələr Palatası prezident Donald Trampın İranla bağlı səlahiyyətlərini məhdudlaşdırıb. Bu barədə "DW" agentliyi yazıb.
 
Məlumatda bildirilir ki, qəbul olunan qətnaməyə əsasən Tramp bundan sonra İrana qarşı hərbi əməliyyatlarla bağlı təkbaşına qərar qəbul edə bilməyəcək. 
 
" ABŞ-ın hədəflərinə hücum zamanı "özünümüdafiə" istisna olmaqla prezident Konqresin razılığı olmadan İrana hərbçi göndərmək və ya bu ölkəyə qarşı hər hansı bir hərbi əməliyyat keçirmək hüququna malik deyil", - qətnamədə deyilir. 
 
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası spikeri Nensi Pelosi İran İnqilabı Keşikçilər Korpusunun "Qüds" briqadasının generalı Qasim Süleymaniyə qarşı terroru hərbi təxribat adlandıraraq Palata nümayəndələrinin bu həftə Trampın İranla bağlı hərbi səlahiyyətlərini məhdudlaşdırmaq üçün hazırlanan qətnaməyə səs verəcəyini söyləyib. 

Google+ WhatsApp ok.ru