Son üç həftədə İsrail rejimi 850 Fələstinlini həbs edib

İşğal olunmuş ərazilərdə qarışıqlıq yarandığı son üç həftə ərzində işğalçı İsrail hərbiçiləri 850 fələstinlini həbs ediblər. 
Maide.az   Fələstinin  Əl-Yəvm agentliyinə istinadən məlumat verir ki, Fələstin Əsir və Məhbusların İşləri üzrə Şurası elan edib ki, həbs olunan şəxslər saxlanıldığı ilk gündən ən ağır şkəncələrə məruz qalıblar. 
Məlumata görə, həbs olunan Fələstinlilərdən 300 nəfəri 14 yaşından aşağı yeni yetmə uşaqlardır.  
İşğalçı İsrail 1991-ci ildə Uşaq hüquqları haqqında BMT Konvensiyasını imzalasada indiyədək ona əməl etməyib. 
Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, son qarışıqlıq yarandığı gündən Sionist rejim əsgərlərinin Fələstinlilərə açdığı atəş nəticəsində işğal olunmuş ərazilərdə indiyədək 45 fələstinli şəhid olub, 1500-dən çox Fələstinli islə yaralanıb.  /
 

Google+ WhatsApp ok.ru