Qüds intifadasında şəhidlərin sayı 46 nəfərə çatıb

Fələstin Səhiyyə Nazirliyi işğal altında olan bütn Fələstin ərazıiləri boyunca Qüds intifadasında həlak olan şəhidlərin sayının indiyə qədər 46 nəfərə çatdığını bildirib.
Maide.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi sonuncu şəhidi “Ber-əssəb” əməliyyatını həyata keçirən Mehnəd Oqba (21 yaşlı) adlı gənc olduğu haqqında məumat yayıb.
Ötən gün Nəqebə rayonunda Hure kəndinin sakini Mehnəd Oqba tərəfindən həyata keçirilən müqavimət əməliyyatı nəticəsində bir sionist hərbçi və Eritreya əsilli sionist bir mühacir ölüb, eləcədə 35 sionist yaralanıb. Bu yaralılar arasında bir sıra Sionist ordusu və polisinin zabiti də var.
Digər tərəfdən, Fələstin Səhiyyə Nazirliyinin sözcüsü Usamə Nəccar qeyd edib ki, “Hoda Mohəmməd Dərviş” adlı 65 yaşlı bir qadın bazar ertəsi günü səhər zəhərli qazdan zəhərlənib. Sionist rejimi hərbçiləri tərəfindən işğal olunmuş Qüdsün Eysəviye qəsəbəsinnin şərq hissəsindəki girişdə qurulan blok post səbəbindən onu xəstəxanaya vaxtında çatdırmaq mümkin olmayıb və o həyatını itirib.
Fələstin rəsmisi Nəccar, eləcədə Qüds intifadası nəticəsində fələstinli yaralıların sayının 1829 nəfərə çatdığını bildirərək deyib ki onlardan bəziləri döyüş gülləsi və bir hissəsi isə təlim gülləsi və ya gözyaşardıcı qazdan zəhərlənmə nəticəsində xəsarət alıblar. /
 

Google+ WhatsApp ok.ru