İsrail rejimi əsgərləri Məscidi-Əqsaya hücum edib

Fələstin torpaqlarında məskunlaşdırılan sionist miqrantlar İsrail rejimi hərbçilərinin dəstəyi ilə fələstinlilərə qarşı ən son zorakılıq aktında, Məscidi-Əqsaya hücum edib.
Maide.az xəbər verir ki, onlarla yəhudi miqrant Sionist rejimi hərbi qüvvələrinin dəstəyi ilə bazar ertəsi günü səhər Məscidi-Əqsaya hücum edib.
Məlumata əsasən həmçinin işğalçı İsrail hərbçiləri bugün səhər tezdən Ramallah şəhərinin şimalında yerləşən Ənnəbi Saleh kəndinə hücum etdikdən və əhaliyə məxsus evləri yoxladıqdan sonra 6 gənc sakinini həbs ediblər.
Sionist rejimin Fələstin xalqına qarşı təzyiqləri artdıqdan sonra. Fələstinlilər ilə  İsrail hərbçiləri və yəhudi miqrantlar arasında işğal olunmuş Fələstin ərazilərində, o cümlədən İordan çayının qərb sahilində və Qəzza zolağında 28 sentyabrdan bəri ən azı 45 fələstinli və  səkkiz İsrailli  həyatlarını itirib.
Əksər hallarda İsrail rejimi hərbçilərinin fələstinlilərə qarşı hücumları ilə müşayiət olunan bu qarşıdurmalar nəticəsində, indiyədək onlarla Fələstinli yaralanıb. /
 

 

Google+ WhatsApp ok.ru