SEPAH həyata keçirilmiş 'Şəhid Süleymani' əməliyyatı barədə bəyanat yayıb

SEPAH həyata keçirilmiş 'Şəhid Süleymani' əməliyyatı barədə bəyanat yayıb

İran İnqilab Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı hərbi bazalarına qarşı həyata keçirilmiş əməliyyatlar barədə bəyanat yayıb.  

 
Deyerler.org-un Fars agentliyinə istinadən verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, əməliyyat "Şəhid Süleymani adlandırılıb və Hacı Qasim Süleymaniyə qarşı sui-qəsdin həyata keçirildiyi saatda başladılıb. Bəyanatın alt bəndləri bunlardır:
 
"SEPAH-ın cəsur hərbçiləri Şəhid Qasim Süleymani əməliyyatı çərçivəsində Ayn əl-Əsəd bazasına onlarla yer-yer tipli raket zərbəsi endirib.  
 
Biz öz ərazilərini ABŞ hərbi bazalarının yerləşdirilməsi üçün təqdim etmiş ABŞ-ın bütün müttəfiqlərini xəbərdar edirik ki, əgər istənilən ərazidən İrana cavab zərbəsi endirilsə həmin yer İranın hədəfində olacaq.  
 
Biz heç bir halda sionist İsrail rejimini də cinayətkar ABŞ-dan bu cinayətlərində ayırmırıq".  
 
Bundan başqa SEPAH daha çox itkinin olmaması üçün Amerika xalqını öz hökumətlərindən hərbi bazaları bu regionda çıxarmağı tələb etməyə çağırır.  
 
Maide.Az xəbər verir ki, Sepah həmçinin zərbələr nəticəsində ən az 80 ABŞ ədgərinin öldüyü və çox sayda hərbi texnikanın məhv edildiyini bildirib. Qeyd edək ki, səhər saatlarından İraqın qərbində yerləşən Ayn əl-Əsəd hərbi bazası və Anbarda yerləşən hərbi bazaya İrandan raket zərbələri endirilib. Anmerikanın bütün hərbi bazalarında həyəcan siqnalı verilib və döyüş hazırlığı vəziyyətinə gətirilib. Öncə Ağ Ev baş verənlər barədə canlı yayım hazırlasa da, sonradan Trampın çıxışı təxirə salınıb və Ağ Ev rəhbəri sadəcə Tvitterdə məlumatlı olması barədə qeyd etməklə kifayətlənib.

Google+ WhatsApp ok.ru