Təyyarə qəzasında ölənlərin hansı ölkənin vətəndaşları olduğu məlum olub

Təyyarə qəzasında ölənlərin hansı ölkənin vətəndaşları olduğu məlum olub

Ukrayna Xarici İşlər naziri Vadim Pristayko Tehran yaxınlığında təyyarə qəzasında ölənlərin hansı ölkənin vətəndaşları olduğunu açıqlayıb.
 
APA-nın xəbərinə görə, nazir “Twitter”də bildirib ki, təyyarə qəzasında 82 nəfər İran vətəndaşı, 63 nəfər Kanada vətəndaşı, 11 nəfər Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfər İsveç vətəndaşı, 4 nəfər Əfqanıstan vətəndaşı, 3 nəfər Almaniya vətəndaşı və 3 nəfər Böyük Britaniya vətəndaşı həyatını itirib.
 
“Ölənlərin ailələrinə dərin hüznlə başsağlığı veririk. Ukrayna hökuməti istintaqı davam etdirir”, - deyə XİN başçısı qeyd edib.
 
Xatırladaq ki, göyərtəsində 180 nəfər olan “Boeing 737” tipli sərnişin təyyarəsi bu gün Tehranın İmam Xomeyni adına beynəlxalq hava limanında qəzaya uğrayıb. Qəza nəticəsində sağ qalan olmayıb. 
 

Google+ WhatsApp ok.ru