Fransa İraqdakı hərbçilərinin muhafizəsini gücləndirib

Fransa İraqdakı hərbçilərinin muhafizəsini gücləndirib

Fransa İraqdakı hərbçilərinin muhafizəsini gücləndirib.
 
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Fransanın müdafiə naziri Florans Parli öz "Twitter" səhifəsində yazıb.
 
F.Parli bildirib: "Bağdaddakı hadisələrdən sonra biz İraqdakı 160 fransalı hərbçinin muhafizə səviyyəsini gücləndirmişik. Onların təhlükəsizliyinin təmin edilməsi üçün hər şey edilib".
 
Müdafiə naziri həmçini qeyd edibki, Fransa İranı deeskalasiyaya və Birgə Hərtərəfli Fəaliyyət Planının tam yerinə yetirilməsinə çağırıb.
 
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
 

Google+ WhatsApp ok.ru