Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY 29 İyul 2016 01:00 Sağlamlıq Soğan insan sağlamlığı üçün ən faydalı məhsullardan biri sayılır. İltihab, mikrob, virus, hətta xərçəng əleyhinə xüsusiyyətlərə malik olan soğan əsl müalicəvi məhsuldur. Lakin adətən tulladığımız soğan qabığının da çoxlu faydalı və müalicəvi xüsusiyyətləri var. Soğan qabığı antioksidant və bioflavonoidlərlə olduqca zəngindir. Bu maddələr insan sağlamlığını qoruyur, qocalma proseslərini ləngidir. Xalq təbabətində soğan qabığı dəmləməsi hipertoniyanın, öskürəyin, iltihabların müalicəsində çox geniş istifadə olunur. Soğan qabığından çox faydalı müalicəvi çay hazırlayın. 1 orta ölçüdə olan baş soğan yaxşı yuyulur, ən üst qabıqlar soyulur, qalan qabıqlar 1 fincan (100 ml) qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, sonra adi çay kimi içilir. Çayın faydasını artırmaq üçün ona bal əlavə etmək olar. Bu çayın müalicəvi xüsusiyyətləri arasına: - immun sistemini möhkəmləndirir - iltihabları azaldır - sidikqovucu təsirə malikdir, böyrəkləri və sidik yollarını təmizləyir - damarları möhkəmləndirir, onları daha elastik edir - aterosklerozun inkişafının qarşısını alır - ürək əzələsinin fəaliyyətini yaxşılaşdırır - damarlarda trombların əmələ gəlməsinin qarşısını alır - arterial təzyiqi tənzimləyir - orqanizmdə iltihabları azaldır - xərçəng əleyhinə təsirə malikdir. Soğan qabığından çay çox faydalı müalicəvi vasitədir. Bu çayı hər gün 1 fincan olmaqla qəbul etmək olar. (saglamolun.az) / Teqlər : # Sağlamlığı və cavanlığı qoruyan SOĞAN QABIĞINDAN MÜALİCƏVİ ÇAY, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Televizora çox baxanlar mütləq oxusun! ÖLÜMCÜL TƏHLÜKƏ! Beyinin fəaliyyətini yaxşılaşdıran və sağlamlığını qoruyan 5 OT
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir