`Real Madrid` 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub - VİDEO 17 Avqust 2017 01:00 İdman Qarşılaşma Realın 2:0 qələbəsi ilə başa çatıb Futbol üzrə İspaniya Super Kuboku uğrunda cavab oyunu keçirilib. "Real Madrid" "Santyaqo Bernabeu" stadionunda "Barselona" ilə qarşılaşıb. Qarşılaşma "kral klubu"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolların hər ikisi qarşılaşmanın birinci hissəsində vurulub. 4-cü dəqiqədə Marko Asensio hesabı açıb. 39-cu dəqiqədə Kərim Benzema "Barselona"nı ikinci dəfə oyuna mərkəzdən başlamağı məcbur edib. Bununla da "Real Madrid" 10-cu dəfə İspaniya Superkubokunun qalibi olub. Qeyd edək ki, Barselonada keçirilmiş ilk oyunda da "Real Madrid" qələbə qazanıb - 3:1. Həmin görüşdə "kral klubu"nun lideri Kriştianu Ronaldu qırmızı vərəqə aldığı üçün "Nou Kamp"da meydana çıxmayıb. (report) / Teqlər : #`Real Madrid` 10cu dəfə İspaniya Superkubokunun qalibi olub VİDEO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İspaniya nəhəngləri 2013-cü ildən bəri transferlərə 500 milyon avrodan çox vəsait xərcləyiblər Avroliqada `pley-off` mərhələsinin ilk oyunlarına yekun vurulub - VİDEO