Qatığa bu ədviyyatları əlavə edin. Təbii şəfa mənbəyi 21 Noyabr 2018 12:45 Sağlamlıq Payız və qız fəsillərində soyuqdəymə və virus xəstəliklərinin sayı kəskin artır. Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için. Nəzərə alın ki, təzə qatıq daha faydalıdır. Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir. Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər. Maide.Az "saglamolun.az"-a istinadla sizə faydalı içkilərin reseptlərini təqdim edir. Qatıq + razyana İltihabı azaldır, köpü aradan qaldırır, şişkinliyi azaldır, üz dərisinə müsbət təsiri var, sakitləşdirir. Qatıq + mixək Güclü antiseptik xüsusiyyəti var, yuxusuzluq və sinir gərginliyi zamanı kömək edir. Qatıq + sarıkök İmmun sisteminin fəaliyyətini əla stimullaşdırır, soyuqdəymədən qoruyur, oynaqlarda iltihabı azaldır, qaraciyər üçün çox faydalıdır. Qatıq + zəfəran Ürək üçün faydalıdır, beyinin fəaliyyətini yaxşılaşdırır, insanı gümrah edir. Səhər için. Qatıq + darçın Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, iltihab əleyhinə təsirə malikdir, arıqlamağa kömək edir. Qatıq + zəncəfil Orqanizmi ziyanlı maddələrdən təmizləyir, soyuqdəymə xəstəliklərinin qarşısını alır, immun sistemini və maddələr mübadiləsini stimullaşdırır. Teqlər : #Qatığa,#ədviyyatları,#əlavə,#edin.,#Təbii,#şəfa,#mənbəyi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gənclərin 85 faizi xəstəlikdən əziyyət çəkir Bu xəstəliklərin müalicəsi üçün içilən dərmanlar ağciyərə mənfi təsir edir
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir