Qarın piylərini bunları yeməklə əridə bilərsiniz 29 Avqust 2018 01:00 Sağlamlıq Kaliforniya universitetinin ekspertləri ən gec əriyən qarın piylərini aparan dietanı müəyyən ediblər. Maide.Az "Sputnik"ə istinadən xəbər verir ki, Kari Pilol adlı həkim deyir ki, bu dieta ilə beli incəltmək mümkündür. Bu pəhrizdə kələm, taxıl, göbələk, qoz-fındıq, tərəvəz və meyvələrlə zəngin lif məhsullarından istifadə edilir. Həm də duzlu məhsullardan — kolbasa, yağlı qovrulmuş ət, çörək və fast food kimi məhsullardan imtina etmək lazımdır. Eyni zamanda dietada balıq, taxıl və zeytun yağından istifadə edilir. Pilol onu da bildirib ki, bel və qarında olan piylər ürək, qan-damar xəstəliklərinin, şəkər diabetinin yaranmasına səbəb ola bilir. Ona görə də bu piyləri əritmək lazımdır. Qadınlarda belin ölçüsü 86, kişilərdə isə 100 santımetrdən çox olmamalıdır. Qeyd edək ki, ABŞ-da 54 faizdən çox insan artıq çəkidən əziyyət çəkir. Teqlər : #Qarın piylərini bunları yeməklə əridə bilərsiniz , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayaqdan gələn pis qoxunun qarşısını almaq üçün ÜSULLAR Başımız niyə çox ağrıyır?
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir