`Neftçi`nin hücumçusu Xorvatiya klubuna keçib

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov Xorvatiyanın “Hayduk” klubundan rəsmi dəvət alıb.
 
Bu haqda paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov məlumat verib.
 
O deyib ki, hazırda tərəflər arasında danışıqlar gedir. A.Əsədov bildirib ki, “Neftçi” 23 yaşlı Qurbanovun “Hayduk”a keçməsində heç bir problem görmür.
 
A.Əsədovun sözlərinə görə, R.Qurbanovun Xorvatiya klubuna yaxın günlərdə transfer olunmaq ehtimalı yüksəkdir.
 
Xatırladaq ki, “Hayduk” hazırda Xorvatiya çempionatında üçüncü yeri tutur.
 
R.Qurbanov özü isə azerisport.com saytına müsahibəsində artıq bu gün xorvatlarla müqavilə imzalaya biləcəyini söyləyib. O deyib ki, müqaviləyə əsasən, "Hayduk"da dörd ay icarə əsasında, bu mövsümün sonuna kimi oynamalıdır. 

Google+ WhatsApp ok.ru