Nəcəfdə tanınmış alim teror olundu 15 May 2015 01:00 Dünya Nəcəf Əşrəfin tanınmış alimlərindən olan höccətül-islam vəl müslimin Seyyid Cavad Əl-Əzari ötən gün təkfirçi terrorçular tərəfindən güllələnərək şəhid edilib. Maide.az İraq Mediasına istinadən məlumat verir ki, mücahid alim ötən gün Nəcəf şəhərinin Əbu Talib məhəlləsində dostlarının birinin evindən çıxarkən terror olunub. O, yeddi güllə yarası alıb və şəhid olub. İraqın Dəvət Partiyasının məslul şəxslərindən olan Seyid Cavad Əl-Əzari Şəhid Ayətullah Seyyid Məhəmməd Baqir Sədrin şagirdlərindən olub və dini elmi hövzənin rəisi çalışıb. O, həmçinin böyük alim, müctəhid Ayətullah Seyyid Kazim Hüseyni Hairinin yeznəsi olub. Qeyd edək ki, bundan öncə də şəhid Seyyid Cavad Əl-Əzariyə qarşı teror akı törədilmişdi , lakin terrorçular çirkin məqsədlərinə çata bilməmişdilər. şəhid C.Əl-Əzari bu gün Nəcəf şəhərində dəfn olunacaq. / Teqlər : #Nəcəfdə tanınmış alim teror olundu , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın gizli zindanları: Polşa 200 min ziyanda Fələstinlilər Nikbət gününü qeyd edirlər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO