Fələstinlilər Nikbət gününü qeyd edirlər

Fələstinlilər bu gün yurdlarından didərgin düşmələrinin 67-cı ildönümünü qeyd edirlər. Fələstinlilər bu günü "Nikbət" (fəlakət) günü kimi qeyd edirlər. 1948-ci ilin mayın 15-də yeni yaradılmış İsrail dövləti 800 min fələstinlini 530 şəhər və qəsəbədən və 662 kəndən çıxararaq məcburi qaydada köç etməyə vadar edib. Eyni gündə Böyük Britaniya öz əsgərlərini Fələstindən çıxarıb. Bu addımlardan sonra yəhudilərin kütləvi şəkildə Fələstin torpaqlarına axını və onların orada yerləşdirilməsi əməliyyatları həyata keçirilib. Sonradan BMT Fələstin torpaqlarının təxliyəsi ilə bağlı verdiyi 181, 194, 242, 338 nömrəli qərarlara baxmayaraq, İsrail işğal edilmiş əraziləri genişləndirib və orada yeni yaşayış massivləri inşa edib.
 
Bundan əlavə, İsraili beynəlxalq və hərbi müstəvidə "Kemp-Deyvid", "Oslo", "Vadi ərəbə" kimi bir sıra uğurlu anlaşmaları əldə edib və hazırda da işğal etdiyi ərazilərdə yeni yaşayış massivlərinin salınmasını həyata keçirir.
 
Rəsmi statistikaya əsasən, Fələstin köçkünlərinin sayı 5 milyona çatıb. Onların 3 milyonu İordaniyada, 405 mini Livanda, 434 mini Suriyada, 44 min Misirdə, 327 mini Səudiyyə Ərəbistanında və digər ölkələrdə yaşayırlar.salamnews

Google+ WhatsApp ok.ru