`Fiorentina` - `Qarabağ` matçının hakimləri bilindi 26 Sentyabr 2016 01:00 İdman "Fiorentina" - "Qarabağ" matçının hakimləri məlum olub. Avropa Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ" sentyabrın 29-u səfərdə İtaliyanın "Fiorentina" klubunun qonağı olacaq. Saat 21:00-da başlayacaq matçın artıq hakim təyinatları məlumdur. Qarşılaşmanı avstriyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Oliver Draxta, yan xətt hakimləri Roland Bradner və Ştefan Kührdür. Əlavə köməkçi hakimlər Manuel Şüttenqruber və Diter Mukenhammerdir. Roland Ridel isə bu matçda dördüncü hakim funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə kiprli Mixael Arqriu qiymət verəcək, UEFA nümayəndəsi isə ispaniyalı Eduard Dervişay olacaq. (trend) / J qrupu, 29 sentyabr 21:00. "Fiorentina" - "Qarabağ" Baş hakim: Oliver Draxta Yan xətt hakimləri: Roland Brander, Ştefan Kür Köməkçi hakimlər: Manuel Şüttenqruber, Diter Mukenhammer Dördüncü hakim: Roland Ridel (hamısı Avstriya) UEFA nümayəndəsi: Mixael Arqriu (Kipr) Hakim-inspektor: Eduard Dervişay (İspaniya) Teqlər : #`Fiorentina` `Qarabağ` matçının hakimləri bilindi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kamran Ağayev avtomobil qəzası keçirdi? Çempionlar Liqasının qrup mərhələsinin oyunları keçiriləcək