Fəhlə çoxmərtəbəli binadan yıxılıb öldü

Gəncədə fəhlə çoxmərtəbəli binadan yıxılaraq vəfat edib.
 
Hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən binanın təmiri zamanı baş verib.
 
Təmir işlərini həyata keçirən Tərtər rayon sakini, 30 yaşlı Zabil Allahverdiyev ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.
 
 
Dərhal Gəncə şəhər TTYX-yə çatdırılan yaralının vəziyyəti ağır olduğundan xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Görülən bütün tədbirlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Region TV/

Google+ WhatsApp ok.ru