Küveytdə neft emalı zavodunda yanğın baş verib

Küveytdə neft emalı zavodunda yanğın baş verib

Küveytin Əhmədi limanında yerləşən neft emalı zavodunda yanğın baş verib.
 
Maide.Az  xəbər verir ki, Küveyt Milli Neft Şirkəti bu barədə tviter səhifəsində paylaşım edib.
 
Məlumata görə, zavodun yanğın baş vermiş bloku tamamilə təcrid edilib. Hadisə yerində yanğın briqadaları çalışır.
 
Yanğın zavodun fəaliyyətinə təsir göstərməyib və heç bir əməkdaş zərər çəkməyib.
 

Google+ WhatsApp ok.ru