Cəlilabadda 27 yaşlı qadın intihar edib

Cəlilabadda intihar hadisəsi baş verib. Cəlilabad Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə ötə gecə Cəlilabad şəhərinin Heydər Əliyev prospektindəki fərdi evlərin birində qeydə alınıb. Cəlilabad şəhər sakini, 1988-ci il təvəllüdlü Gülnar Telman qızı Babayeva yaşadığı mənzildə özünü asaraq öldürüb.
 
İntiharın motivləri barədə hələlik heç bir məlumat verilmir.
 
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru