Co Baydenin prezidentliyi rəsmən təsdiqləndi 15 Dekabr 2020 11:27 Dünya Noyabrın 3-də ABŞ-da keçirilən seçkilərdən sonra ayrı-ayrılıqda 50 ştatda və Waşinqtonda toplanan Seçicilər Kollegiyasının səsverməsi ilə Co Baydenin prezidentliyi təsdiqlənib. Maide.Az "Sputnik"ə istinadən verdiyi xəbərə görə, Bayden bu münasibətlə Vaşinqtonda verdiyi açıqlamada "Tarix boyu etdiyimiz kimi yeni bir səhifə açmağın, birləşməyin və yaxşılaşmağın vaxtı gəlib çatdı", deyib. Ona səs verən və verməyən bütün amerikalıların prezidenti olacağına söz verən Bayden bildirib ki, Donald Tramp nə qədər Amerikda domakratiyanı məhv etməyə çalışsa da, buna nail ola bilməyib. Bayden "ABŞ-da siyasətçilər nəzarəti ələ almırlar, xalq onlara bu səlahiyyət verir", – deyə nitqini yekunlaşdırıb. Seçki Kollegiyasının səsvermə nəticələri 2021-ci il yanvarın 6-da ABŞ vitse-prezidenti Mayk Pensin rəhbərliyi ilə keçiriləcək iclasında ikinci dəfə müzakirə olunaraq təsdiqlənəcək. Teqlər : #Baydenin,#prezidentliyi,#rəsmən,#təsdiqləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Livan məhkəməsində sionist rejimə casusluq edən şəxsə hökm oxunub İƏT-ə üzv ölkələrin fövqəladə iclası keçiriləcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO