İƏT-ə üzv ölkələrin fövqəladə iclası keçiriləcək 15 Dekabr 2020 14:50 Dünya Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin nəqliyyat nazirlərinin onlayn formatda fövqəladə iclası keçiriləcək. Bunu İranın yol və şəhərsalma nazirinin müavini Şəhram Adəmnejad deyib. Ş.Adəmnejadın sözlərinə görə, iclasa İƏT-ə üzv ölkələrin 8-i nazir və 2-si nazir müavini səviyyəsində qatılacaq. O, əlavə edib ki, iclasda koronavirusun yaratdığı problemlərin həlli və səhiyyə protokollarının icra edilməsi ilə əməkdaşlıqların artırılması yolları araşdırılacaq. Nazir müavini ümid edib ki, üzv ölkələr əməkdaşlıqların artırılması və yükdaşımaların sadələşdirilməsi istiqamətində yekun nəticə əldə edəcəklər: “İran sərhədlərdə səhiyyə protokollarının icrası istiqamətində önəmli addımlar atıb. Ölkənin bütün dəmiryol və yol gömrüklərində dezinfeksiya avadanlıqları quraşdırılıb”. Ş.Adəmnejad bildirib ki, İƏT-ə üzv ölkələr arasında “Yaşıl Dəhliz” nəqliyyat sistemi yaradılıb. Dəmiryol nəqliyyatının özəlliyi bir çox ölkənin bu sahədən istifadəyə maraq göstərməsi ilə nəticələnib. Bu məqsədlə ölkələr tərəfindən dəmiryol nəqliyyatı sektorunda infrastrukturlara davamlı şəkildə investisiyalar yatırılır. /Trend / Teqlər : #İƏTə,#üzv,#ölkələrin,#fövqəladə,#iclası,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Co Baydenin prezidentliyi rəsmən təsdiqləndi Bosniya rəsmiləri Lavrovla görüşdən imtina etdilər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO