Bu gün `Qızıl top`un sahibi açıqlanacaq 12 Dekabr 2016 02:00 İdman Ronaldu tədbirə qatılmayacaq Bu gün "Qızıl top" mükafatının sahibi müəyyənləşəcək. Mükafat bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq tədbirdə sahibinə çatacaq. Fransanın "France Football" nəşrinin keçirdiyi sorğuda qalib adına ən real namizəd Portuqaliya yığmasının və İspaniya "Real Madrid"inin futbolçusu Kriştianu Ronaldudur. Lakin 31 yaşlı hücumçunun tədbirə qatılmayacağı gözlənilir. Səbəb Madrid klubunun klublararası dünya çempionatında çıxış etməsidir. Əvvəlki illərdə "Qızıl top" və FİFA-nın təsis etdiyi ilin futbolçusu nominasiyası birləşdirilsə də, bu il hər mükafat ayrılıqda öz sahibini tapacaq. Qeyd edək ki, "Qızıl top"un sahibi 173 jurnalistin səsverməsi nəticəsində müəyyənləşir. (report) / Teqlər : #Bu gün `Qızıl top`un sahibi açıqlanacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bu gün Çempionlar Liqasında 1/8 finalın püşkatma mərasimi keçiriləcək Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb