BMT: `Nüvə müharibəsinin başlanma riski artmaqda davam edir` 16 Oktyabr 2019 13:01 Dünya Nüvə müharibəsinin başlanma riski artmaqda davam edir. Bu barədə BMT baş katibinin silahsızlandırma məsələlərinə nəzarət edən müavini İzumi Nakamitsu "Kommersant"a bəyan edib. O, müsahibəsində nüvə gücləri arasında qarşıdurmanın inamsızlıq səbəbiylə baş verə biləcəyini izah etdi. BMT Baş katibinin müavini hesab edir ki, bu anda dünyada bir qarışıqlıq hökm sürür. "Hər kəsə tanış olan "Qiyamət Günü saatı" yenə gecə yarıya iki dəqiqə qalmışa döndü. Vəziyyətin kritik olacağına dair ciddi narahatlıqlar var ", -deyə Nakamitsu əlavə edib. O, silahlara nəzarət rejiminin zəifləməyə və geosiyasi vəziyyətin mürəkkəbləşməyə davam etdiyini diqqətə çatdırdı. “Artıq sadə bipolyar bir dünya yoxdur. Dünya daha mürəkkəb və çoxqütblü oldu "deyə o əlavə edib./FaktXeber Teqlər : #bmt nüvə silah , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Berlində Səudiyyə Ərəbistanı səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO Suriya və Livanı meşə yanğını bürüyüb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO