Suriya və Livanı  meşə yanğını bürüyüb

Suriya və Livanı meşə yanğını bürüyüb

İkinci gündür ki Suriya və Livan ərazisindəki meşələrdə başlayan güclü yanğın davam edir
 
Maide.Az xarici KİV-ə istinadla xəbər verir ki, havanın isti və küləkli keçməsi da yanğının genişlənməsinə sbəb olur.
 
Hazırda yanğın paytaxt Beyrutdan cənuba tərəfdə yerləşən  Məşrəf rayonuna və bir sıra sahilyanı kəndlərə gedib çatıb.
 
Müdafiə generalı Raymon Xəttar KİV-ə verdiyi məlumatda bildirib ki Livanda son on illər ərzində bu qədər geniş miqyasda yanğın baş verməmişdi.
 
Yanğının söndürülməsində  Kipr onlara kömək edir.
 
Suriyada ölkənin şimal qərb əyalətlərini- Xəmsə, Tartus, Latakiyanı alov bürüyüb. Xoşbəxtlikdən yaxın məsafədə yaşayış məskəni yoxdur.
 
Adı çəkilən hər iki ölkədə yanğının səbəbi kimi hava şəraiti və küləyin sürəti bildirirlir.

Google+ WhatsApp ok.ru