Badam yağının faydalı xüsusiyyətləri

Badam yağının faydalı xüsusiyyətləri

Badam ləpələri doymamış yağ turşuları və bitki zülallarının təbii mənbəyidir və həmin maddələr orqanizmdə rahat mənimsənilir. Tərkibində olan zülallar orqanizm üçün vacib əvəz olunmayan aminturşuları ilə zəngindir. Badam ləpəsində sümüklərin inkişafı və möhkəmlənməsi üçün faydalı olan bir sıra mineral, vitamin və fermentlər, xüsusilə kalsium, manqan, fosfor, maqnezium çox miqdardadır.
 
Badam yağı
 
Badamı qiymətli edən həm də onun tərkibində yüksək miqdarda olan yağlardır. Acı badamda 45 faiz, şirin badamda isə 62 faiz yağ olur və onu soyuq presləmə yolu ilə alanda öz mülicəvi xüsusiyyətlərini saxlayır. Əczaçılıqda dərialtı inyeksiyaların, məlhəm və şamların hazırlanmasında istifadə edilir. Acı badam yağının tərkibində olan amiqdalin qlikozidi və sianid turşusuna görə onu daxilə qəbul etmək olduqca təhlükəlidir və yalnız xaricə tətbiq edilir.
Şirin badam yağı isə həm daxilə, həm də xaricə istifadə edilir. Qəbizlik, pnevmoniya, bronxial astma və otit zamanı daxilə qəbul edilən şirin badam yağının iltihabəleyhinə, bəlğəmgətirici, sakitləşdirici və yumşaldıcı təsirləri var. Yuxunu yaxşılaşdırır, zehni qabiliyyəti artır.  Şirin badam yağını  göz kipriklərinə sürtməklə  yorğunluğu aradan qaldırmaq və görmə qabiliyyətini yaxşılaşdırmaq mümkindir. (maide.az)
 

Google+ WhatsApp ok.ru