Azərbaycanda qadınlar arasında sonsuzluq artır

Azərbaycanda qadınlar arasında sonsuzluq artır

Azərbaycanda qadınların hər 100 minindən 4-i sonsuzdur.
 
“Report” Statistika Komitəsinə istinadən bildirir ki, ölkədə sonsuz qadınların sayı artır.
 
Statistikaya görə, 2015-ci ildə ölkədə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan pasiyentlər arasında qadın sonsuzluğundan əziyyət çəkənlərin sayı 2 300-dən çox olub. Bu da ölkə üzrə qadınların hər 100 min nəfərinə 48,4 nəfər düşməsi deməkdir.
 
Buna da bax: Kişi sonsuzluğunu Tacikistanda necə müalicə edirlər?
 
Sonsuzluqdan əziyyət çəkən qadınların göstəricisi 2014-cü ildə 2 300-dən az olub. Son bir ildə 18 nəfər qadında sonsuzluq diaqnozu qoyulub.
 
Xəbərdə vurğulanır ki, qadınlar arasında bədxassəli yenitörəmələrlə bağlı da artım müşahidə olunub. Belə ki, ötən il bu xəstəlikdən 5 mindən çox, (2014-cü ildə 4 930 nəfər) qadın əziyyət çəkib.
 
Statistika 15-49 yaş arası qadınlara görə hesablanıb./

 

Google+ WhatsApp ok.ru