Azərbaycanda İİV-dən ölənlərin sayı 700-ə yaxınlaşır 13 Yanvar 2015 02:00 Sağlamlıq Ötən il ərzində Azərbaycanda 604 nəfər IIV infeksiyasına yoluxub. Azərbaycan Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2015-ci il yanvarın 1-dək 4902 nəfər İİV-ə yoluxan xəstə qeydiyyata alınıb. Hazırda ölkədəki xəstələrin 1519-u QİÇS mərhələsindədir. Onlardan 1495-i Azərbaycan vətəndaşıdır. İndiyədək Azərbaycanda İİV infeksiyasından 681 nəfər dünyasını dəyişib. Onların 10-u əcnəbi vətəndaş olub. Ötən illər ərzində İİV-ə yoluxmalar ən çox inyeksion yolla olub. Bu infeksiyaya yoluxmalar 1736 nəfərdə (35,4%) heteroseksual, 63 nəfərdə (1,3%) homoseksual yol, 2635 nəfərdə (53,8%) inyeksion yolla, 83 nəfərdə (1,7%) anadan uşağa keçməklə baş verib. Yoluxma bir nəfərə donor qanı ilə (0,02%) keçib. İİV-ə yoluxanların 384-də (7,8%) yoluxma yolu müəyyən olunmayıb. / Teqlər : #Azərbaycanda İİVdən ölənlərin sayı 700ə yaxınlaşır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Piylənməyə qarşı ən effektli meyvə Sağlam həyat üçün D vitamini
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir