Azərbaycan cüdoçuları Çelyabinskdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər 12 Avqust 2014 01:00 İdman Avqustun 25-dən 31-dək Çelyabinskdə cüdo üzrə dünya çempionatı keçiriləcək Mundialda Azərbaycanın doqquz cüdoçusu birincilik uğrunda mübarizə aparacaq. Millimizin heyətində Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov (73 kq), Tural Safquliyev (81 kq), Şahin Qəhrəmanov (90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq) və Kifayət Qasımova (57 kq) yer alıblar. Çempionatda 751 cüdoçu birincilik uğrunda mübarizə aparacaq. Teqlər : #Azərbaycan cüdoçuları Çelyabinskdə keçiriləcək dünya çempionatında iştirak edəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Messi Qəzzadakı uşaqların hüququnu qorudu Reynaldo `Qarabağ`dan gedir?