Ayətullah Sistaninin  əməliyyatı uğurla başa çatıb  - YENİLƏNİB

Ayətullah Sistaninin əməliyyatı uğurla başa çatıb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani bu gün ölkənin xəstəxanalarının birində əməliyyat olunub. 
 
Maide.Az İRİNN kanalına  istinadla xəbər verir ki, Ayətullah Sistani dünən gecə sol ayağında burxulma nəticəsində baş vermiş sınıq səbəbiylə əməliyyat olunub.
 
Nüfuzlu din xadiminin əməliyyatının  uğurla başa çatdığı bildirilir. 
 
Onun vəziyyəti qənaətbəxş olduğu bildirilir. 
 
Ayətullah Seyid Əli Hüseyni Sistaninin Ofisi möminlərdən Ayətullah Sistaninin sağlamlığı üçün dua etməsini istəyib.
 
***
 
İraqın böyük mərcəyi-təqlid alimi Ayətullah Seyid Əli Hüseyni Sistani bu gün  ölkənin xəstəxanalarının birində əməliyyat olunacaq. 
 
Maide.Az "JamejamDaily" istinadla xəbər verir ki, ötən gün Ayətullah Sistanin ayağı burxulub və zədələnib. 
 
Həkimlər  zədələnən ayağının əməliyyat olunmasına qərar verib.  Bu gün əməliyyat baş tutacaq. 
 
 
 

Google+ WhatsApp ok.ru