İraqda ABŞ əleyhinə milyonların iştirakı ilə etiraz aksiyası keçiriləcək

İraqda ABŞ əleyhinə milyonların iştirakı ilə etiraz aksiyası keçiriləcək

İraqda ABŞ əleyhinə milyonların iştirakı ilə  etiraz aksiyası keçiriləcək.  
 
Maide.Az “alsumaria.tv” saytına istinadla xəbər verir ki, bunu  İraq parlamentinin  deputatı Aliyə Nəsif Casim Übeydi deyib.  
 
Onun sözlərinə görə, İraq xalqının müstəqillik və azadlıq uğurunda iradəsini göstərəcək kütləvi yürüş Yanvar ayının 24-də keçiriləcək.
 
“Bu mitinq  İraq xalqının azadlıq və müstəqilikdə  iradəsinin göstəricisi olacaq.  Bu mitinq İraq xalqı üçün böyük problemə çevrilmiş işğalçı əcnəbi qüvvələrin qovulmasında xalqın iradəsinin göstəricisi olacaq. Böyük İraq xalqının iradəsi  şərəf, əxlaq və vicdanı olmayan ABŞ və onun əlaltılarından güclüdür.” 
 
Qeyd edək ki, cari həftənin Çərşənbə axşamı günü İraqın Sədr Hərəkatının rəhbəri Seyid Müqtəda Sədr xalqı işğalçılar əleyhinə milyonluq yürüşlərə dəvət etmişdi. İraqın Fəth, Əsaibu Əhlil-Həqq, İraq Hizbullah Taborları və Nücbə hərəkatları da bu dəvəti dəstəkləmişdilər.

 

Google+ WhatsApp ok.ru