Avropa Azərbaycana xəbər yayımlayacaq telekanal açır 25 Oktyabr 2014 01:00 Ölkə Avropa İttifaqı (Aİ) "Şərq tərəfdaşlığı" ölkələri (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova, Ukrayna) üçün rus dilində informasiya telekanalının yaradılması üzərində fəal iş aparır. Salamnews “Qruziya-onlayn”-a istinadən bildirir ki, telekanal polşalı Yeji Pomyanovskinin rəhbərlik etdiyi Avropa Demokratiyaya Dəstək Fondunun sərmayəsi ilə yaradılır. Məlumatda bildirilir ki, kanalın konsepsiyası bu ilin sonuna kimi hazır olacaq. Polşa Xarici İşlər Nazirliyi gələn il üçün telekanalın maliyyələşdirilməsinə 1 milyon dollar ayırıb./ Teqlər : #Avropa Azərbaycana xəbər yayımlayacaq telekanal açır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda avtobuslardan sallanma şousu davam edir (FOTO) Hacı Abgül Süleymanov Qobustana göndərilir