Bakıda avtobuslardan sallanma şousu davam edir (FOTO)

Günün pik saatlarında paytaxt Bakıda fəaliyyət göstərən avtobuslardakı basa-bas və sərnişinlərin sıxlığına görə insanların qapıdan sallanmasına dair kifayət qədər foto və videroliklərin şahidi olmuşuq. Bu cür avtomobil xətlərindən biri də 29 nömrəli marşurtla bağlıdır ki, günün pik saatlarında insanlar məcbur qalaraq avtobusdan sallanaraq minirlər. Səbəb isə həmin xətt üzrə cəmi 1-2 avtobusun işləməsi  və bu istiqamətdə gedən sərnişinlərin sayının çoxluğudur. Təbii ki, avtobuslarda yaranan bu cür xoşa gəlməz hallarla bağlı həm sürücülər, həm də ki, Nəqliyyat Departamenti məsuliyyət daşıyır. Sürücülər adətən bu cür hallarla mübarizə aparmaq istərkən sərnişinlərin haqlı narazılıqları ilə üzləşdiklərini söyləyirlər. Səbəb isə vətəndaşların vaxtında işə çatmaq istəyi və xətt üzrə əlavə marşurt tapmamalarıdır. 
 
AzadXeber  29 nomrəli marşurutda yaranmış sərnişin sıxlığı ilə bağlı fotonu təqdim edir:

Google+ WhatsApp ok.ru