Hacı Abgül Süleymanov Qobustana göndərilir

Ötən gün ruhaninin yaxınları onun vəziyyəti ilə maraqlanmaq üçün 13 saylı CÇM-ə gedib

İslamazeri.az-a bu barədə onun yaxınları məlumat verib. Hacı Abgül Süleymanovun vəziyyəti ilə maraqlanmaq üçün həbsxanaya gedən qohumlarına bildirilib ki, Hacı Abgül Süleymanov hələ də cərimə kamerasında saxlanılır və "kars"da da qalacaq. Cərimə kamerasından da Qobustanda yerləşən qapalı tipli cəza çəkmə müəssisəsinə köçürüləcək. Buna səbəb kimi isə həbsxanada yaranmış insident göstərilib.

Xatırladaq ki, bir müddət öncə Hacı Mövsüm Səmədov da, saxlanıldığı 11 saylçı CÇM-dən 12 saylı CÇM-ə köçürülüb, cərimə kamerasında saxlanılıb və daha sonra Qobustana göndərilirməyinə qərar verilib. Hacı Tale Bağırov da saxlanıldığı 12 saylı CÇM-də cərimə kamerasına salınıb/

 

Google+ WhatsApp ok.ru