Astma xəstəliyinin müalicəsi üçün verilən dərman körpələri inkişafdan saxlayır 06 Oktyabr 2015 01:00 Sağlamlıq Astma xəstəliyi olan uşaqlara verilən dərman onların böyüməməsinə səbəb olur. Maide.az xəbər verir ki, Finlandiyada 2 yaşına qədər olan 12 min körpə uşağın üzərində araşdırma aparılıb. Məlum olub ki, astma xəstəliyinin müalicəsi üçün qəbul edilən kortikosteroids (ICS) dərmanı uşaqlarının böyüməyinə mane olur. 2 yaşına qədər uşaqların ana və atalarının da boyu nəzərə alınaraq aparılan araşdırmalara görə, astmanın müalicəsi üçün dərman istifadə edən uşaqlar normal uşaqlara görə 3 sm daha qısa boylu olur. Mütəxəssislər kortikosteroids dərmanının nəzarətlə istifadə edilməsi üçün valideynlərə xəbərdarlıq ediblər. Məlumat üçün bildirək ki, astma xəstəliyi tənəffüs yollarının iltihabi xəstələyi olub, xırıltılar, tənəffüs müddətinin qısalması, öskürək, döş qəfəsində gərginliklə xarakterizə olunur.Astma tənəffüs yollarında olan iltihab nəticəsində əmələ gəlir. Ölkəmizdə astma xəstəliyi tez-tez rast gəlinsə də dəqiq statistika yoxdur. Amerika Birləşmiş Ştatlarında təxminən 20.5 milyon amerikalı astma ilə xəstədir. Astmalı xəstələrin böyük əksəriyyətinin ailəsində və ya özündə allergik rinit və ya ekzema tipli allergiya var. / Teqlər : #Astma xəstəliyinin müalicəsi üçün verilən dərman körpələri inkişafdan saxlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nar qabıqlarının inanılmaz faydaları Uşaqların çöldə oynaması bir sıra göz xəstəliklərinin qarşısını alır
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir