`Araz` klubu UEFA Kubokunda növbəti oyununu keçirəcək 14 Oktyabr 2016 01:00 İdman Rəqib Makedoniya klubu olacaq "Araz" klubu futzal üzrə UEFA kubokunun əsas mərhələsində sonuncu oyununu keçirəcək. "Report"un məlumatına görə, budəfəki rəqib 2-ci qrupun oyunlarına ev sahibliyi edən Makedoniyanın "Jelezarets" klubu olacaq. Paytaxt Skopyedə keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 17:30-da başlayacaq. Bu görüş elit mərhələyə vəsiqə baxımından elə də əhəmiyyət daşımır. Çünki artıq Azərbaycan təmsilçisi 2 oyunda 6 xal qazanaraq qrup liderliyini təmin edir. Bugünkü qarşılaşmada "Araz"ın tək hədəfi məğlubiyyətsizlik seriyasını davam etdirmək və maksimum nəticə göstərməkdir. Qrupun digər oyununda Gürcüstanın Tbilisi Dövlət Universiteti komandası Kosova "Feniks"i ilə ikinci yer uğrunda mübarizə aparacaq. Hər iki komandanın aktivində 3 xal var. Meydan sahiblərinin təmsilçisinin isə aktivində xal yoxdur. Elit raundun püşkatma mərasimi oktyabrın 21-də keçiriləcək. / Teqlər : #`Araz` klubu UEFA Kubokunda növbəti oyununu keçirəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dünya Çempionatlarında komandaların sayı arta bilər AFFA daha 3 hakimin adını FİFA-ya təqdim edib