“Yuventus” – “Real” finalı tarixə düşəcək

“Yuventus” – “Real” finalı tarixə düşəcək

UEFA Çempionlar Liqasının qarşıdakı finalı bir ilklə tarixə düşəcək.
 
İyunun 3-də Kardiffdə baş tutacaq “Yuventus” - “Real” oyunu üstüörtülü stadionunda keçiriləcək.
 
Bu haqda Uels Futbol Assosiasiyası açıqlama yayıb və atılan addımın Avropanın ən nüfuzlu klub turniri üçün bir yenilik olduğunu deyə bilərik.
Bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsinə görə təhlükəsizlik tədbirləri gücləndirilib. Məhz buna görə assosiasiya “Millenium” stadionunun üstünü qapatmağı uyğun sayıb.
 
Final qarşılaşmasından bir gün əvvəl keçiriləcək hər iki komandanın məşqi də qapalı vəziyyətdə olacaq. (qafqazinfo) /
 
Related image

Google+ WhatsApp ok.ru