“Mahir və Eddi milliyə çağırılmayacaq” – Prosineçki 22 Aprel 2015 01:00 İdman Azərbaycan millisinin üzvləri - Eddi İsrafilov və Mahir Şükürov yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Norveçlə keçirəcəyi oyuna çağırılmayacaq. Maide.az-ın "azerisport.com"a istinadən verdiyi xəbərə görə, bu barədə millimizin baş məşqçisi Robert Prosineçki məlumat verib. Xorvatiyalı mütəxəssis qərarını belə əsaslandırıb: "Eddi və Mahir Norveçlə oyuna çağırılmayacaq. Eddi İsrafilov zədəlidir və fiziki cəhətdən hazır olmayacaq. Mahir Şükürov isə klubsuzdur. Klubsuz futbolçunu yığmaya dəvət edə bilmərəm. Onlara alternativ futbolçu axtaracağıq". Qeyd edək ki, Norveç - Azərbaycan oyunu iyunun 12-də Osloda, "Ullevaal" stadionunda keçiriləcək. Xatırladaq ki, Mahir Şükürovun son komandası Türkiyə birinci liqasında mübarizə aparan "Karşıyaka" klubu olub. O, bir müddət öncə klubun düşərgəsinə gec qayıtdığı üçün komandadan qovulub. Teqlər : #Mahir və Eddi milliyə çağırılmayacaq – Prosineçki, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Demba Ba namaza getdi, bütün komanda onu gözlədi `Bakı` futbol klubu vergidən yayınır` - Vergilər Nazirliyi