“Partizan” - “Neftçi” matçı türkiyəli hakimə tapşırıldı 15 Avqust 2014 01:00 İdman Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan kubokunun qalibinin oyunu türkiyəli ədalət təmsilçilərinə tapşırılıb. Avqustun 21-də baş tutacaq görüşü Hüseyin Göçek idarə edəcək. 38 yaşlı referi 2008-ci ildən FİFA hakimidir. Türkiyəli UEFA-nın 1-ci kateqoriyasına daxildir. Avropa Liqası Pley-off mərhələsi, ilk oyun 21 avqust 23:15. "Partizan" (Serbiya) - "Neftçi" Baş hakim: Hüseyin Göcek Baş hakimin köməkçiləri: Mustafa Emre Eyisoy, Orkun Aktas Dördüncü hakim: Süleyman Abay (hamısı Türkiyə) UEFA nümayəndəsi: Joao Morais (Portuqaliya) Hakim-inspektor: Adrian D. Kaşa (Malta) Belqrad. “Partizan” stadionu Teqlər : #Partizan Neftçi matçı türkiyəli hakimə tapşırıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Reynaldo `Qarabağ`dan gedir? Dopinqdə günahlandırılan idmançılarımızın cəzası artacaq