İnterpol bu da qadını axtarır, elə yüzlərlə Bakı sakini də 30 Oktyabr 2015 02:00 Hüquq Azərbaycanda yüzlərlə vətəndaşı aldadaraq ölkədən qaçan lombard sahibi İnterpol xətti ilə axtarışa verilib Azərbaycanda yüzlərlə vətəndaşı aldadan lombard sahibi beynəlxalq axtarışa verilib. Maide.az-ın İnterpolun saytına istinadən verdiyi məlumata görə, 52 yaşlı Tahirə Alaz dələduzluqda təqsirləndirilir. O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Tahirə Alaz Bakının Nərimanov rayonu, F.X.Xoyski küçəsi, 192 ünvanında fəaliyyət göstərən lombardın sahibi olub. Yüzlərlə vətəndaş qızıllarını həmin lombarda girov qoyaraq pul götürüb. Bir müddət vətəndaşların etibarını qazanan Tahirə Alaz daha sonra lombardı bağlayaraq ölkədən qaçıb. Onun hazırda Türkiyədə gizləndiyi bildirilir. Nərimanov rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Tahirə Alazla bağlı idarəyə çoxsaylı şikayət daxil olub. Hazırda polis onun tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Teqlər : #İnterpol bu da qadını axtarır,#elə yüzlərlə Bakı sakini də, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əli Abbasov baş prokurorluğa çağırılıb `MTN işi` ilə bağlı tutulanların vəkilləri kimlərdir...