Əfqan Sadıqov təcridxananın tibb məntəqəsinə yerləşdirilib 18 Noyabr 2020 16:59 Hüquq Azel.Tv saytının rəhbəri Əfqan Sadıqov ötən gün axşam Kürdəxanı təcridxanasının tibb məntəqəsinə yerləşdirilib. Bu barədə onun xanımı Sevinc Sadıqova bildirib. Onun sözlərinə görə, bu gün aclıq aksiyasının 15-ci günündə onun təzyiqi 80/50-ə enib, böyrəklərdə kreatinin səviyyəsi yüksəlib. "Bu gün həkim ona baxdı, amma Əfqan ona qidalandırıcı vasitələr tətbiq etməyə icazə vermir. Ümumi vəziyyəti pisdir. Aclıq aksiyasının 20-ci günü (beş gündən sonra) sudan da imtina edəcək", - S.Sadıqova deyib. * Əfqan Sadıqov bu ilin may ayında hədə-qorxu yolu ilə tələb etmək ittihamı ilə həbs edilib. Noyabrın 3-də məhkəmə onu yeddi il müddətinə azadlıqdan məhrum edib. Noyabrın 4-dən hökmə etiraz olaraq aclıq elan edib./Turan/ Teqlər : #Əfqan,#Sadıqov,#təcridxananın,#tibb,#məntəqəsinə,#yerləşdirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Elçin Həsənov və İbrahim Türksoy islah işlərinə məhkum edilib Hacı İlham Əliyevin məhkəməsi keçirilib