Jurnalist Əfqan Sadıqovun məhkəməsi keçirilib 25 Dekabr 2020 14:20 Hüquq Dekabrın25-da Sumqayıt Apelyasiya Məhkəməsində Azel.TV saytının təsisçisi, jurnalist Əfqan Sadıqovun məhkəməsi baş tutub. Bu baradə sosial şəbəkədə yayımlanan canlı yayımda məhkəmədən sonra jurnalistlərə verdiyi açıqlamada Vəkil Elçin Sadıqov deyib. Onun sözlərinə görə, hakim müdafiə tərəfin vəsatətlərini, o cümlədən Sadıqovun ev dustaqlığına keçirilməsi haqqında vəsatətini təmin etməyib. "Məhkəmə hakim Məhəməd Əlirzayevin sədrliyilə keçirildi. Əfqan Sadıqov barəsində qaldırdığımız həbs qəti imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəsatətimiz təmin olunmadı. O cümlədən biz vəsatət qaldırmışdıq ki, Zakir Fərəcovun şahid qismində didndirilsin, bu vəsatət də təmin olunmadı". E.Sadıqovun sözlərinə görə, növbəti məhkəmə 2021-ci ilin yanvar ayının 22-i, saat 12:00-a təyin edilib. Teqlər : #Jurnalist,#Əfqan,#Sadıqovun,#məhkəməsi,#keçirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Jurnalist aclığını davam etdirir: ‘Əfqan Sadıqovda qıcolmalar başlayıb’ Xanımı Əfqan Sadıqovla görüşdən qayıdıb