Natiq Cəfərlinin barəsində olan qərardan apellyasiya şikayəti veriləcək 13 Avqust 2016 01:00 Hüquq REAL hərəkatının həbsdə olan icra katibi Natiq Cəfərli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti veriləcək. Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadlı bildirib ki, onun barəsində olan həbs qətimkan tədbiri haqqında məhkəmə qərarını aldıqdan sonra apellyasiya şikayəti verəcəklər. Vəkil N. Cəfərlinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirildiyini də deyib. Qeyd edək ki, N. Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi rayon Məhkəməsinə aparılan N. Cəfərlinin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. / Teqlər : #Natiq Cəfərlinin barəsində olan qərardan apellyasiya şikayəti veriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Natiq Cəfərli barəsində 4 ay həbs qətimkan tədbiri seçildi Həbsdə olan bütün sabiq MTN generalları nəzarətə götürülüb