Maşallah Əhmədovun işində qeyri-müəyyənlik yaranıb 25 Dekabr 2015 02:00 Hüquq Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan veteran futbolçu Maşallah Əhmədovun apelyasiya şikayətinə baxılıb. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Həsən Əhmədov sədrlik edib. Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Səbəb M.Əhmədovun müdafiəçisinin məhkəməyə əlavə dəlillər təqdim etməsi olub. Qeyd edək ki, dələduzluqda təqsirləndirilən M.Əhmədovun barəsində dekabrın 17-də Binəqədi Rayon Məhkəməsi tərəfindən 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. M.Əhmədovun vəkili bu qərardan şikayət verərək həbs-qətimkan tədbirinin ləğv edilməsini istəyib. Teqlər : #Maşallah Əhmədovun işində qeyrimüəyyənlik yaranıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Səfərbərlik xidmətinin məmuru rüşvətə görə tutuldu Rauf Mirqədirova hökm oxunacaq