Həbs edilən “NİDA” üzvünün şikayəti təmin edilməyib 07 Oktyabr 2016 01:00 Hüquq “NİDA” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanlının ev dustaqlığına buraxılması ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, şikayət təmin edilməyib. Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə onun barəsində avqustun 13-də 4 aylıq həbs qətimkan tədbiri seçilib. Apellyasiya şikayəti həmin qərardan verilib. E. Qəhrəmalıya Cinayət Məcəlləsinin 234. 4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) üzrə cinayət işi açılıb. / Teqlər : #Həbs edilən NİDA üzvünün şikayəti təmin edilməyib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abbas Hüseynovun qardaşları səbəst buraxılıb - Yenilənib Jurnalist sərbəst buraxılıb - Yenilənib