Gürcüstandakı həbsxanalarda dini ibadət ocaqları yaradılacaq 27 İyul 2014 01:00 Hüquq Gürcüstandakı həbsxanalarda dini ibadət ocaqları yaradılacağına söz verilib. Bu barədə APA-nın Gürcüstan bürosuna Bütün Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri (BGMİ), Şeyx Hacı Ramin İgidov məlumat verib. Onun sözlərinə görə, məhbusların istəyi və din rəhbərlərinin təklifi ilə qadınlara aid həbsxanalarda müsəlmanlar üçün dini ibadət otağının yaradılmasına yaxın günlərdə imkan veriləcəyi bildirilib. Məlumata görə, bu günlərdə BGMİ Ramazan ayında müsəlmanların cəza çəkdiyi həbsxanalarda bir sıra dini tədbirlər həyata keçirib. Görüşlərdə BGMİ şeyxi Hacı Ramin İgidov və Şərqi Gürcüstanın müftisi Hacı Yasin Əliyev, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət Nazirinin Kvemo-Kartli bölgəsi üzrə nümayəndəsi Zaur Darğallı iştirak edib. Tədbir çərçivəsində məhbuslara söhbət aparılıb, suallar cavablandırılıb, təkliflər dinlənilib. Görüşlərdə həbsxanaların rəhbərliyi ilə BGMİ arasında birgə layihələr ətrafında fikir mübadiləsi də aparılıb. / Gürcüstanın həbsxanalarında cəza çəkən məhbuslara BGMİ tərəfindən üç dildə “Qurani-Kərim”, xeyli sayda dini jurnal və kitablar, namaz xalçaları, təsbeh, fəs və şirniyyatlar təqdim olunub. Teqlər : #Gürcüstandakı həbsxanalarda dini ibadət ocaqları yaradılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Aksiya iştirakçılarının bəziləri 51 manat cərimələnərək azad ediliblər Saakaşvili 8 ilədək azadlıqdan məhrum edilə bilər