Gəncləri məhkəməyə aparıb yenidən polis bölməsinə qaytarıblar

Gəncləri məhkəməyə aparıb yenidən polis bölməsinə qaytarıblar

Sentyabrın 18-də saxlanıldıqları polis bölməsindən Yasamal Rayon Məhkəməsinə gətirilənAXCP fəalları Nuru Nuruzadə, Ruslan Qara, Elton Əli və Toğrul İbrahimli həmin gün yenidən bölməyə qaytarılıb.
 
Məhkəmədə onların işi ilə bağlı məsləsyə baxılmayıb. Onların məhkəməsinin nə vaxt olacağı haqqında hər hansı məlumat verilməyib.
 
Bu haqda AzadlıqRadiosuna AXCP sədrinin müavini Gözəl Bayramlı məlumat verib.
 
Həmin gənclər Milli Şuranın 17 sentyabr mitinqindən sonra saxlanılaraq Yasamal rayon polis idarəsinin 29-cu bölməsinə aparılmışdılar.
 
Şahidlərin sözlərinə görə, Milli Şuranın sentyabrın 17-də keçirilən mitinqdən sonra polis anidən aksiyaçılara hücum edərək onları əvvəlcədən gətirdikləri avtobuslara doldurub. 40-dan artıq aksiyaçı tutulub. Sonradan onların çoxu sərbəst buraxılıb. Bir qismi isə hələ də Yasamal rayon polis idarəsinin 26-cı və 29-cu bölmələrində saxlanılır.(azadliq.org)
 
 
 

 

Google+ WhatsApp ok.ru