“Qoy keçmiş MTN şefi də məhkəməyə gəlsin...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
 
Virtualaz.org saytının prosesdə iştirak edən müxbirinin verdiyi məlumata görə, prosesə hakim Əlisultan Osmanov sədrlik edib.
 
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatlatı dəqiqləşdirilib.
 
Vəkil Fuad Ağayev müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılması, barəsindəki həbs-qətimkan tədbirinin ləğv edilməsi və cinayət işində adı hallanan Ermənistanın keçmiş MTN naziri David Şahnazaryanın və Laura Baqdasaryanın əlavə şahid qismində məhkəməyə çağırılması ilə bağlı vəsatət qaldırıb. Vəsatətlər təmin olunmayıb.
 
Məhkəmə baxışı noyabrın 18-ə kimi təxirə salınıb. Növbəti proses qapalı keçiriləcək.
 
Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.
 
R.Mirqədirov barədə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Daha sonra Mirqədirov barədəki həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.
 
Jurnalist ittihamları rədd edir və həbsinin fəaliyyəti ilə bağlı olduğunu deyir./
 

Google+ WhatsApp ok.ru