Yollarda ölümü azaldan yenilik olacaqmı? 27 May 2016 01:00 Ölkə Azərbaycan yollarında plastik materialdan olan arakəsmələrin quraşdırılması, hələ ki, nəzərdə tutulmur. Maide.Az-ın məlumatına görə, bu barədə Milli.Az-a "Azəravtoyol" ASC-nin mətbuat katibi Anar Nəcəfli deyib. Onun sözlərinə görə, Azərbaycanda yol qəzaları zamanı ağır nəticələrin qarşısını almaq məqsədilə plastik materialdan olan arəkəsmələrin quraşdırılması ilə bağlı irəli sürülən təkliflər hazırda müzakirə mövzusu deyil: "Bizdə təcrübədə belə bir şey yoxdur. Əgər avtomobil sürətlə gəlib yolun kənarındakı istənilən maneəyə dəyərsə, orada mütləq hansısa ağır nəticə olmalıdır. Bunun olmaması mümkün deyil. Bəlkə də aşağı sürət həddi, məsələn, 60-70 km/saat müəyyən edilmiş yollarda belə bir şey etmək, plastik arakəsmələr qoymaq olar. Amma yol əgər 120 km/saat sürətlikdirsə, orada plastik arakəsmə qoymaq olmaz. Əgər avtomobil ora dəysə, mütləq onu vurub dağıdacaq. Necə ki, dəmir və ya beton arakəsmə qoyulur, amma vurub dağıdırlar". A.Nəcəfli qeyd edib ki, xarici ölkələrdə də yollarda arakəsmələr, əsasən, ya beton, ya da dəmirdən olur: "Hər halda mən plastik arakəsmələrin olduğunu nə görməmişəm, nə də eşitməmişəm. Sadəcə, bizdə bəzi yerlərdə sürücülər avtomobillərini dəmir arakəsmələrə çox vurub əzirdilər, ona görə də dərmiri beton arakəsmələrlə əvəzlədik. Dəmir arakəsmələrin zay olması büdcəyə çox ziyan vururdu. Çünki onlar Azərbaycanda istehsal olunmur, xaricdən gətirilir və ona görə də gətirilməsi və dəyişdirilməsi çox baha başa gəlirdi. Beton isə burada istehsal olunur və daha ucuz başa gəlir. Bu səbəbdən bəzi yerlərdə, məsələn, Bakı-Sumqayıt yolunda dəmirləri betonla əvəzlədik". Teqlər : #Yollarda ölümü azaldan yenilik olacaqmı?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Vətəndaş cəmiyyəti islamçı məhbuslarla bağlı hansı işlər görüb? Astarada dəmiryolu tikintisində əraziyə düşən evlər köçürüləcək