Yerevan polisi silahlılara su və yemək verməyə icazə vermir

Yerevan polisi silahlılara su və yemək verməyə icazə vermir

Polis müxalifətçilərin Yerevanda artıq 9 gündür polis məntəqəsinin binasını ələ keçirmiş silahlılara su və yemək ötürməsinə icazə verməyib.

Bu barədə TASS-a istinadən məlumat verir.

"Buradan içəriyə heç nə buraxılmayacaq".

Bunu polis zabiti yerli sakinlərin gətirdiyi yemək paketlərini silahlılara vermək istəyən müxalif deputat Zarui Postancyana deyib.

Qeyd edək ki, iyulun 17-dən bir qrup silahlı şəxs Yerevan polisinin post patrul xidməti alayının binasını ələ keçirib. Hadisə zamanı alay komandirinin müavini polis polkovniki Artur Vanoyan öldürülüb. (trend) /

Google+ WhatsApp ok.ru