Yaponiyanın baş naziri İrana səfər edəcək - 38 il sonra

Yaponiyanın Baş naziri Sindzo Abe  avqust ayında İrana səfər edəcək. 
 
Maide.az xəbər verir ki, bunu Yaponiyanın “Nikkei” qəzeti yazıb.  
 
“Nikkei” qəzeti yazır ki,  Yaponiya baş naziri  İran və Yaponiya arasında sanksiyalardan sonra əlaqələri daha da inkişaf etdirmək məqsədi ilə Tehrana səfər edəcək.  
Qəzet yazır ki, sanksiyalara görə İranda  fəaliyyətlərini donduran və ya azaldan Yaponiya şirkətləri yenidən İran bazarına qayıtmaq istəyir. Yaponiya baş nazirini səfərdə böyük iqtisadi və ticari  nümayəndə heyəti müşaiyət edəcək. 
 
Qeyd edək Yaponiya baş naziri Sindzo Abenin İrana səfəri 38  ildən sonra ilk dəfə baş tutacaq.
Sonuncu dəfə Yaponiyanın o dövrdəki baş naziri Takeo Fukuda  1978-ci ildə İranda səfərdə olub. /
 

 

Google+ WhatsApp ok.ru