Yəməndə qətliamı dayandırmayan BMT Təhlükəsizlik Şurası Ənsərullaha sanksiya tətbiq etdi

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ərəb dövlətlərinin Yəməndə Ənsərullah hərəkatına qarşı silah embarqosunun tətbiq edilməsi ilə bağlı təqdim etdiyi qətnaməni səsverməyə çıxarıb.

 

Deyerler.org-un Yaxın Şərq KİV-lərinə istinadən verdiyi xəbərə görə, qətnamə layihəsi ilk növbədə Ənsərullah Husi hərəkatının liderləri və üzvlərinin hesablarının dondurulması və onların dünya ölkələrinə səfərlərinin qadağan edilməsini nəzərdə tutur. Eyni zamanda Ənsərullah hərəkatı, habelə onlarla əməkdaşlıq edən bütün qüvvələrə silah göndərilməsi qadağan edilir. Qətnamədə Yəmənə xaricdən daxil olan bütün yük maşınlarının diqqətlə yoxlanması qeyd edilir.

 

Rusiya tərəfi isə öz növbəsində təkid edir ki, silah embarqosu Yəmən münaqişəsində iştirak edən bütün tərəflərə tətbiq edilməlidir.

 

Bununla yanaşı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Yəməndə zorakılığı dayandırmağa və sülh danışıqlarını bərpa etməyə çağırış edib. Qətnamə səsə qoyulduqdan sonra qəbul edilib. Yalnız Rusiya qətnamənin əleyhinə səs verib.

 

Artıq Ənsərullah Hərəkatı açıqlama yayaraq bu sanksiyanın onlar üçün heç bir hüquqi əhəmiyyətə malik olmadığını bildirib. Rusiya, bu sanksiyanın bölgədə vəziyyəti gərginləşdirəcəyini bəyan edib. Fars körfəzi ölkələri isə, bu qətnamənin qəbul edilməsini öz qələbələri kimi dəyərləndirib. Bu sanksiyadan dərhal sonra ABŞ da Husilərə qarşı ayrıca sanksiya tətbiq edib./

 

Google+ WhatsApp ok.ru